Bu liseyin iki şagirdi 300 bal topladı - FOTO

20.04.2025 tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş (9-cu sinif) buraxılış imtahanında Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2 şagirdi – Rəvan Nadir oğlu Sadıqov və Elvira Vüqar qızı Quliyeva 300 bal toplayaraq yüksək nəticə göstərib.
Redaktor.az xəbər verir ki, bu barədə liseyin sosial şəbəkə hesabında paylaşım edilib.
"Hər iki şagirdimizi təbrik edir, uğurlarının davamını arzulayırıq.
Eyni zamanda, imtahanda iştirak edən bütün şagirdlərimizi əldə etdikləri nəticələrə görə səmimi-qəlbdən təbrik edirik! Onların bu uğurunda əməyi olan müəllimlərimizə təşəkkür edirik", - deyə paylaşımda deyilir.
Qeyd edək ki, imtahanın nəticələri DİM tərəfindən ötən gün açıqlanıb.
Turan İSMAYIL

