Sumqayıt məktəbliləri də 300 bal topladı - FOTO

 16:58 31.05.2025     517

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələrini elan edib.

Redaktor.az xəbər verir ki, imtahan iştirakçıları arasında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Onların arasında Sumqayıt şəhər 4 saylı tam orta məktəbin 9b sinif şagirdi Xədicə Tahir qızı Qasımova, Sumqayıt şəhər 21 saylı orta məktəbin 9d sinif şagirdi Fidan Elçin qızı Əlizadə və M.Ələkbərov adına Saray qəsəbə 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Zaur qızı Mənsimli də var.

Turan İSMAYIL

222