Dərs əlaçısı olan İlahə imtahandan 300 bal topladı - FOTO

 17:31 31.05.2025     622

Bakı şəhər 147 saylı texniki-humanitar təmayüllü liseyin 9b sinif şagirdi İlahə Ramiz qızı Soltanova 20 aprel 2025-ci il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxilış imtahanında maksimum olan 300 bal toplayıb.

Redaktor.az xəbər verir ki, bu barədə liseyin açıqlamasında deyilir.

"Qeyd edək ki, biz hamımız ondan bu nəticəni gözləyirdik. Hətta imtahanın səhəri sinif rəhbəri Tərlan Babayev İlahənin 300 bal toplaması haqqında xəbəri bizə çatdırmışdı.

İlahə dərs əlaçısıdı. Dəqiq bilirik ki, o bütün fənnlərdən imtahan keçirilsə hamısından 100 bal toplamaq gücünə malikdir. O, öz davranışı, tərbiyəsi, sinif yoldaşlarına, müəllimlərinə olan münasibəti ilə də, həmişə seçilib, fərqlənib. Təmiz, saf simalı əsl azərbaycanlı qızımız İlahənin Vətənimiz üçün çox lazımlı bir kadr olacağına əminik. Bu uğur münasibətilə səni, müəllimlərini və valideynlərini təbrik edirik. Yolun həmişə açıq olsun", - deyə məktəb rəhbərliyinin təbrikində qeyd olunub.

Turan İSMAYIL

2