"Bu test tapşırığına doğrudur deyən adamın vicdanı yoxdur" - FOTO

 03:53 02.06.2025     430

"Test tapşırığı hazırlananda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hal-hazırda qüvvədə olan Azərbaycan tarixi 10-cu sinif 2022-ci il və Azərbaycan tarix 8-ci sinif 2023-cü il dərslikləri əsas götürülmüşdür. Lakin bu dərsliklərdə Məhəmməd Tahir Vahidin II Abbasın vəziri olması kimi bir ifadə yoxdur".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

"8-ci sinif dərsliyi onu şah Süleymanın vəziri kimi göstərir. Digər dərslik isə onu Şah II Abbasın (1642-1666) baş tarixçisi olduğu bildirilmişdir. Cümlənin davamında vergül işarəsi qoyulmuş və “sonra” vəzir vəzifəsinədək yüksəldi yazılmışdır. Sonra dedikdə şah Süleyman nəzərdə tutulmuşdur. Burada diqqət olunmalı yer “onun vəziri” yox “vəzir” yazılmasıdır", - deyən ekspert hesab edir ki, bu test tapşırığına doğrudur deyən adamın vicdanı yoxdur.

Turan İSMAYIL

2