"Müəllimlərin işə qəbul imtahanı keçirilməsin" - Ekspertdən TƏKLİF

"Əvvəlki dövrdə faydalı qaydalar da olub, amma bu o qədər də çox deyildi. İndiki təhsil sistemində də müəyyən həm faydalı qaydalar, faydasız qaydalar da var".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi təhsil sistemindəki qaydalardan danışarkən bildirdi.
"Ümumiyyətlə, düşünürəm ki, faydalı sistem deyərkən ilk növbədə ali təhsil müəssisələrinə qəbul məsələsində dayanmalıyıq. Qəbul fənlərinin sayını minimallaşdırmalıyıq. Çalışmalıyıq ki, abituriyentlərə elə suallar təqdim olunsun ki, suallar daha asan cavablandırılsın. Biz təhsilimizə o qədər güvənək ki, əlavə müəllimlərin işə qəbul imtahanı keçirilməsin. Konkret olaraq universitetin verdiyi diplom və qiymətlər əsasında göstəricilərə uyğun şəxslər vakansiyalar uğrunda mübarizə aparsınlar. Bu kimi qaydalar tətbiq etməklə faydalılıq yaratmaq olar. Əvvəlki dövrdə nə sistemləşdirilmiş qaydada müəllim işə qəbulu var idi, nə şagird elektron qeydiyyatı var idi. Əvvəlki dövrün təhsil sisteminə qayıtmalı deyilik, faydalı elementləri müasir dövrə əlavə edə bilərik", - deyə ekspert qeyd etdi.
Aytəkin TOFİQQIZI