Qəbul imtahanında ən yüksək nəticə göstərən rayonlar - SİYAHI

 12:50 03.06.2025     1120

2024-cü ilin qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin faiz nisbəti üzrə bölgüsü bəzi maraqlı nəticələri ortaya çıxarıb.

Redaktor.az xəbər verir ki, modern.az-ın "Abituriyent" jurnalından əldə etdiyi məlumata görə, Şahbuz rayonu 500-700 bal aralığında nəticə göstərən şagirdlərin faizinə görə ölkə üzrə birinci yerdədir.

Bu rayonda imtahanda iştirak edənlərin 18.06 faizi yüksək nəticə göstərib.

Şahbuzu Sumqayıt (16.72%), Qəbələ (15.18%), Qax (14.7%), Mingəçevir (14.1%), Şəki (13.89%), İsmayıllı (13.85%) və Bakı (13.44%) izləyir.

600 baldan yuxarı nəticə göstərənlərin sayına gəlincə, Bakıya 1289 nəfər, Sumqayıtda 244 nəfər, Abşeronda 149 nəfər, Gəncədə 106 nəfər, Mingəçevirdə isə 46 nəfər təşkil edib.

Vumart və Güvən reklamı Vumart Güvən