Yerdəyişmə zamanı hansı halda MİQ imtahanı verilir? - AÇIQLAMA

 17:29 03.06.2025     2160

"Müəllimlərin işə qəbulu ilə bağlı məsələ Elm və Təhsil Nazirliyinin xüsusi təlimatı ilə tənzimlənir. Yerdəyişmə ilə bağlı elan verildikdən sonra hər kəs portal üzərindən müraciətini ünvanlayır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli müəllimlərin yerdəyişməsi mövzusundan danışarkən bildirdi.

"Uyğun yerlər seçilib, vakansiyalar təmin olunduqdan sonra artıq hər kəs öz yerini almış olur. Bunun üçün xüsusi imtahan tələb olunmur. Əgər elə müəllim varsa ki, istəyir Bakının mərkəzi məktəblərindən birində boş qalan vakansiyanı təmin etsin, o halda yüksək iddiası varsa, o əmindirsə ki, MİQ imtahanından 100 üzərindən 98–99 bal toplayıb məhz həmin istədiyi yeri seçəcək, bunun üçün azaddır. Buna qanun məhdudiyyət qoymur. Məhz yerdəyişmə məsələlərində MİQ imtahanı verilmir. Sadəcə yerdəyişmə ilə bağlı müəyyən tələmatları, standartları ödəmək lazımdır", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI