Azərbaycanda bu şəhərdə hər 100 şagirddən 50-si tələbə OLUR

 15:34 03.06.2025     418

Abituriyentlərinin ali təhsil müəssisələrinə qəbul olma faizinə görə Sumqayıt şəhərinin nəticələri digər şəhərlərin göstəricilərindən yüksəkdir. 

Redaktor.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Hesabata görə, imtahanda iştirak edən hər 100 Sumqayıt məktəblisindən 50-51-i ali təhsil müəssisəsinə qəbul olub. Bundan başqa, son illər Naxçıvan şəhəri də abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizinə görə fərqlənir. İmtahanda iştirak edən hər 100 məktəblidən 45-46-sı ali təhsil müəssisəsinə qəbul olub (modern.az).