DİM-in bu test sualı da səhvdir - FOTO - Ekspertdən ETİRAZ

 16:01 03.06.2025     381

"Dövlət İmtahan Mərkəzinin ekspert hesab etdiyi efirə çıxıb Kembric kitabından mənbə göstərməyə çalışıb ki, bəs sual elmi cəhətdən düzdür. Vallah, bunlar utanmaq hisslərini itiriblər. Gətirdikləri mənbə belə onların testinin səhv olduğunu təstiq edir".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

"Tarix fənnindən 3 test tapşırığı elmi cəhətdən də, dərsliklərə görə də, stantartlara görə də səhvdir! Vicdanınız olsun", - deyə o qeyd edib.

Turan İSMAYIL

2