Bəzi qərarlar təhsilə mənfi təsir göstərib - Ekspert: "Fənlərin sayı, şagirdlərin dərs yükü azaldılmalıdır"

 22:51 04.06.2025     3047

"Biz 2008-ci ildən etibarən yeni təhsil proqramı tətbiq etmişik. Proqram kurikulum əsasında tədris olunur. Əlbəttə ki, bu proqramı hansı formada mənimsəməyimizi hələ ki, indidən demək doğru deyil".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi hazırda mövcud olan təhsil proqramından və yeni təhsil proqramlarına ehtiyac olub-olmamasından danışarkən bildirdi.

"Çünki bu proqramla təhsil alanlar 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanı veriblər. Demək olar ki, onlar 2 ildir əmək fəaliyyətinə başlayıblar. Biz hardasa minimum 2027-2028-ci ilə qədər dövlət işçilərinin manitorinqdində, maksimum isə 2035-2036-cı ildə görəcəyik ki, bu təhsil prosesi bizə nə verdi. Müəyyən çətinliklər var, bunlar danılmır. Vaxtında verilən bəzi qərarlar mənfi formada təhsilə təsir göstərib. İnkişafla bağlı bəzi layihələr həyata keçirməliyik. Müəyyən qərarlar qəbul olunmalıdır, hansı ki, istər qəbul imtahanında fənnlərin sayını minimallaşdırmaqla yanaşı, istərsə də şagirdlərin dərs yükünün azaldılması və s", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI