Mədinə 300, bacısı isə 285 bal topladı - FOTO

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən 9 şagird maksimal olan 300 bal toplayıb.
Redaktor.az xəbər verir ki, onlardan biri də Bakı şəhəri 214 saylı tam orta məktəbin şagirdi Mədinə Əsgərovadır.
"Məktəbimizin 9-cu sinif şagirdi Əsgərova Mədinə 27 aprel tarixində buraxılış imtahanında maksimum – 300 bal toplayaraq Bakı şəhəri üzrə bu nəticəni əldə edən 3 nəfərdən biri olub!
Eyni zamanda bacısı Əsgərova Xalidə isə 285 bal toplayaraq ailəvi uğur hekayəsinə imza atıb!
Əziz, şagirdlərimiz, uğurlarınız bol, yolunuz açıq olsun!", - deyə məktəbin açıqlamasında deyilir.
Qeyd edək ki, 214 saylı məktəbin 66 şagirdi 200-dən yuxarı bal toplayıb.
Turan İSMAYIL
