Olimpiada üçüncüsü imtahanda 300 bal topladı - FOTO

27 aprel 2024/2025-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 300 bal toplayanlardan biri də Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəbin şagirdi Şaiq Abdullayevdir.
Redaktor.az məktəbin sosial şəbəkə hesabına istinadla xəbər verir ki, Şaiq daha öncə Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə bu il bürünc medal da qazanıb.
"Şagirdimizi ürəkdən təbrik edir, uğurlar arzulayırıq", - məktəbin təbrikində deyilir.
Xatırladaq ki, sözügedən imtahanda 9 nəfər 300 bal toplayıb.
Turan İSMAYIL