Bu liseyin şagirdi də ən yüksək bal topladı - FOTO

Bakı şəhəri 70 saylı məktəb-liseyin 9r lisey sinif şagirdi Elsevər Bayramov Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında ən yüksək nəticə olan 300 bal toplayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məktəb-liseydən bildirilib.
"Elseveri, valideynlərini, müəllimlərimizi, kollektivimizi təbrik edir, uğurlarımızın davamlı olmasını diləyirik!", - açıqlamada deyilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrini elan edib. Nəticələrə əsasən 9 şagird maksimal olan 300 bal toplayıb.
Turan İSMAYIL