Qax məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərdi - FOTO

 03:23 06.06.2025     342

Aprelin 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə (IX illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Qax rayonu Güllük kənd tam orta məktəbin IX sinif şagirdi Qızyetər Famil qızı Babayeva 300 bal toplayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.

İdarə yüksək nəticə göstərən şagirdi təbrik edib, ona uğurlar arzulayıb.

Qeyd edək ki, sözügedən tarixdə keçirilən imtahanın nəticələrinə əsasən respublika üzrə 9 şagird maksimal olan 300 bal toplayıb.

Turan İSMAYIL