Kəlbəcər məktəblisi imtahanda 300 bal topladı - FOTO

 03:33 06.06.2025     588

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə 27 aprel tarixində keçirilən buraxılış imtahanında Kəlbəcər rayonu 56 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Şəms Musa qızı Musayeva maksimum nəticə göstərərək 300 bal toplayıb.

Bu barədə Redaktor.az-a Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

"Qeyd edək ki, respublika üzrə imtahan iştirakçıları arasında 9 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!", - deyə idarənin açıqlamasında deyilir.

Xatırladaq ki, aprelin 27-də keçirilən imtahanın nəticəsinə əsasən 9 şagird maksimal bal toplayıb.

Turan İSMAYIL