Salyan məktəblisi də ən yüksək bal topladı - FOTO

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 27 aprel 2025-ci tarixində keçirilən buraxılış imtahanlarının nəticəsinə əsasən Salyan şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin IXc sinif şagirdi Tunar Coşqun oğlu Eyvazlı 300 bal toplayaraq böyük uğura imza atıb.
Redaktor.az xəbər verir ki, bu barədə şagirdin təhsil aldığı məktəb məlumat yayıb.
"Bu münasibətlə şagirdimizi, onun atası - məktəbin GHH müəllimi Coşqun Eyvazovu və bütün 2 saylı məktəb kollektivini ürəkdən təbrik edirik. Uğurlarımız davamlı və bol olsun!", - məktəbin təbrikində deyilir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəsinin yaydığı məlumata görə, aprelin 27-də keçirilən imtahanların nəticələrinə əsasən 9 şagird 300 bal toplayıb.
Turan İSMAYIL
