Məktəblərdə dərsliklər nə vaxt yığılmalıdır? - RƏSMİ AÇIQLAMA

 13:15 10.06.2025     720

Məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Vurğulanıb ki, bu həftədən prosesə başlanılıb.

Qeyd edək ki, iyunun 14-ü 2024/2025-ci tədris ili yekunlaşır.