Ən yüksək bal toplayan Gülçini tanıyaq - FOTO

11 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların nəticələri açıqlanıb.
Redaktor.az xəbər verir ki, nəticələr arasında yalnız bir abituriyentin göstəricisi xüsusi fərqlənib.
Belə ki, Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin builki məzunu Səfərli Gülçin Yalçın qızı imtahanda 294,1 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.
"11 may 2025- ci il tarixində keçirilən 9- cu siniflərin buraxılış imtahanında Respublika üzrə ən yüksək nəticəni məktəbimizin 9ç sinfində təhsil alan Səfərli Gülçin Yalçın qızı oldu. Bu münasibətlə şagirdimizi və əməyi keçən müəllimlərimizi təbrik edirik.
Uğurlarımız bol olsun", - məktəbin sosial şəbəkədəki səhifəsində yazılıb.