Bu rayonun məktəblisi imtahandan 400 bal topladı - FOTO

 14:57 11.06.2025     916

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu lll ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

Redaktor.az xəbər verir ki, Qax rayon 2 nömrəli tam orta məktəbin məzunu Hümmətli Çiçək Hümmət qızı lll ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. 

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Turan İSMAYIL

2