"Təhsil Nazirliyinin balaca məmurları hansısa tənqidi fikirləri görəndə qəbul etmirlər"

 22:07 11.06.2025     3383

"Təhsildə bizi qane etməyən məqamlar çoxdur. Bu, təhsilin bütün pillələrində belədir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti İlqar Orucov təhsil sahəsindəki problemlərdən danışarkən bildirdi.

"Bura orta təhsil, peşə təhsili, ali təhsil pillələri aiddir. Dünyanın hansısa yeri yoxdur, deyək ki, orada təhsil idealdır. Hamımızın istəyi odur ki, biz təhsilimizlə önə gedək. Təhsilin keyfiyyətində, idarə olunmasında bir çox problemləri zaman-zaman dilə gətirirəm. Bu nöqsan və qüsurlar zaman-zaman təhsil nazirimiz tərəfindən də dilə gətirilir. Bəzən Təhsil Nazirliyinin balaca məmurları hansısa tənqidi fikirləri görəndə qəbul etmirlər. Amma həqiqət budur ki, problemlər var. Cəmiyyət olaraq problemlərin aradan qaldırılması üçün səfərbər olmalıyıq".

Müsahibimizin sözlərinə görə, tənqid inkişaf üçün həmişə olmalıdır.

"Amma cəmiyyətimizin təhsilə önəm verməsi çox sevindiricidir. Siravi bir kənddə çalışan insandan da soruşsanız, o, təhsilin ölkəmiz üçün önəmini özünəməxsus şəkildə izah edəcək", - deyə İlqar Orucov bildirdi.

Aytəkin TOFİQQIZI