Yüksək bal toplayan Çiçək hüquqşünas olmaq İSTƏYİR

 18:15 11.06.2025     261

Xəbər verdiyimiz kimi, qəbul imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər olub.

Onlardan biri də Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızıdır.

Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir.

Redaktor.az xəbər verir ki, AzEdu.az həmin abituriyentlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Çiçək 400 bal toplayacağından əmin olduğunu dilə gətirib:

"Biz hər zaman balların açıqlanacağı xəbəri gələndə onu qardaşımla birgə izləyirdik. Az əvvəl anam dedi ki, nəticələr açıqlanıb. Elə həmin an qardaşım zəng vurdu və dedi: "Bacı, səni təbrik edirəm, 400 bal toplamısan".

Uşaqlıqdan həmişə deyirdim ki, 700 bal toplamaq istəyirəm. Hazırda "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almağı düşünürəm. Əslində, ADA Universitetində oxumaq planım var. Qəbula hazırlaşmaq üçün məktəb müəllimlərimizin yanında hazırlıq məşğələlərinə qatılmışam. İmtahanda tarix fənni mənə bir qədər çətin gəldi, digər fənlərdə isə elə bir çətinlik yaşamadım.

Gələcəkdə bakalavr təhsilimi yüksək nəticələrlə başa vurub, magistratura və doktorantura pillələri üzrə təhsilimi davam etdirməyi düşünürəm. Xaricdə təhsilimi tamamlamaq və orada yaşamaq planlarım arasındadır. Dövlətimizə yararlı və ədalətli bir hüquqşünas olmaq istəyirəm".