"Biz müəllimlərin imtahan nəticələrini də görürük" - DİM sədrindən Təhsil Nazirliyinə ATMACA

 09:20 12.06.2025     1734

“Bilikli müəllimlərimiz çatışmır”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.

DİM sədri abituriyentləri mütləq repetitor yanında imtahana hazırlaşmağa səsləyənlərdən bəhs edib. Bildirib ki, şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır:

“Biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Yoxdur. Bir sinifdə 35 bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük. Və görürük ki, elə bilikli müəllimlər çatışmır. Düzdür, su yavaş-yavaş açılır, bulantısı gedir. Amma müəyyən adamlar yenə də çalışırlar ki, suyu bulandırsınlar. Çünki onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar”.