Attestata görə 20 manatdan pul yığan sinif rəhbərinə xəbərdarlıq EDİLDİ

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.
Redaktor.az xəbər verir ki, idarədən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.
Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunmuşdu.