UNEC-in tələbəsi nüfuzlu Avropa universitetlərinə qəbul OLUNDU

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Məryəm Seyfullayeva magistratura pilləsi üzrə Avropanın nüfuzlu universitetlərindən bir neçə qəbul alaraq böyük uğura imza atıb.
Redaktor.az xəbər verir ki, Məryəm Böyük Britaniyanın Edinburq Universiteti (The University of Edinburgh) və Warwick Universiteti (University of Warwick), eləcə də Almaniyanın Hamburg Universiteti (Universität Hamburg) tərəfindən magistr təhsili üçün qəbul məktubları əldə edib. Hər üç universitet dünya üzrə tanınmış ali təhsil ocaqları sırasındadır:
• The University of Edinburgh – 2025 QS Dünya Universitetləri Reytinqində #22 yerdədir və Böyük Britaniyada ilk 5-likdə qərarlaşır.
• University of Warwick – 2025 QS reytinqinə görə #64 yerdədir və Böyük Britaniyada ilk 10 universitet sırasındadır.
• Universität Hamburg – Almaniyada ilk 15-likdə, dünya reytinqində isə top 230-luqda qərar tutur (QS 2025: təxminən #228).
Məryəmin bu uğurunda əhəmiyyətli rol oynayan məqamlardan biri də onun xarici təhsilə müraciət prosesində "The Limitless Group" xarici təhsil şirkətindən peşəkar dəstək alması olub. O, müraciətlərin hazırlanması, motivasiya məktublarının yazılması, sənədlərin düzgün tərtib olunması və universitetlərlə yazışmaların koordinasiyası mərhələsində Limitless Group komandasının rəhbərliyi altında bütün prosesi uğurla idarə edib.
Hazırda UNEC-in SABAH qruplarında maliyyə üzrə bakalavr təhsili alan Məryəm bu uğurunu həm akademik biliklərinə, həm də universitetdə qazandığı təcrübəyə borclu olduğunu bildirir. Onun sözlərinə görə, UNEC-də aldığı təhsil, həmçinin müxtəlif elmi və sosial layihələrdə iştirakı, eləcə də xarici təhsil üzrə düzgün yönləndirmə onun qəbul şansını artırıb.
Qeyd edək ki, Məryəm Seyfullayeva təhsilini maliyyə və iqtisadiyyat sahəsində davam etdirmək və gələcəkdə beynəlxalq maliyyə institutlarında çalışmaq niyyətindədir.
UNEC-li tələbənin qazandığı bu uğur həm ölkəmizin ali təhsil sistemində yüksələn keyfiyyətin, həm də gənclərimizin beynəlxalq arenada rəqabətqabiliyyətli olmasının bariz nümunəsidir. Eyni zamanda, bu nəticə "The Limitless Group" xarici təhsil şirkətinin tələbələrə göstərdiyi dəstəyin nə dərəcədə peşəkar və effektiv olduğunu təsdiqləyir.