BDU-da diferensial həndəsənin aktual problemləri tədqiq edilir

BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun müəllifi olduğu məqalə “Web of Science” və “SCOPUS” bazalarında indekslənən (Q1) “Journal of Geometry and Physics” jurnalında çap olunub.
Redaktor.az xəbər verir ki, bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, məqalə müasir diferensial həndəsənin və fizikanın aktual problemlərindən biri olan Riççi solitonlara həsr edilib. Qeyd edək ki, Riççi solitonları Eynşteyn çoxobrazlılarının ümumiləşməsidir. Bu solitonlar məşhur Qriqori Perelman 2000-ci illərin əvvəlində Puankare probleminin həllində tətbiq etdikdən sonra daha da populyarlaşıb.
