DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - Ekspertdən TƏKLİF

 12:35 16.06.2025     1040

"Bəlkə, Dövlət İmtahan Mərkəzinin pedaqoji heyətini də sertifikasiyadan keçirək? Baxaq görək bu qədər abituriyentlərə sualları tərtib edənlərin səviyyəsi nə yerdədir".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev öz sosial şəbəkə hesabında yazıb.

"Həqiqətən də, sual hazırlamağa qadir mütəxəssislərdir, yoxsa deyil. İbtidai siniflərdəki vəziyyəti gördük. İllərlə balalarımıza dərs keçənlərin vəziyyətini sertifikasiya ortaya çıxardı. İllərlə sual hazırlayanların da bilik səviyyəsini görmək istəyərdik.

“Bizdə bilikli müəllimlər çatışmır” deyən dəyərli DİM sədri məktəblərdə dərs keçən müəllimlərin savad səviyyəsinin kifayət qədər olmadığını, onların peşəkarlığını şübhə altına salaraq fikir bildirir. Bəs görəsən, DİM-də vəziyyət necədir?

Ümid edirəm ki, abituriyentləri hazırlayan “bilikli müəllimlərin” hazırladığı suallardan DİM mütəxəssisləri maksimal nəticə əldə edə biləcəklər. Hansı ki, onların hazırladığı suallarda abituriyentlərdən maksimal bal toplayanlar çıxır.

Bu çağırışa dəyərli Məleykə xanım müsbət cavab verəcəkmi, görəsən?".

Aytəkin TOFİQQIZI