Sertifikasiya imtahanları bu 5 fəndən keçiriləcək - RƏSMİ AÇIQLAMA

 14:32 17.06.2025     1570

Bu il coğrafiya, fizika, biologiya, kimya və informatika fənlərindən sertifikasiya imtahanları keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

“İmtahan zamanı yanlış cavablar doğru cavablara təsir etmir. İmtahan sonunda müəllimlər öz nəticələri ilə tanış ola bilirlər”, - deyə o bildirib.