Valideynlər müəllim seçən zaman sertifikasiya ballarını görə BİLƏCƏKLƏR

 16:04 17.06.2025     974

I sinifə şagirdlərin qeydiyyatı zamanı sistemdə müəllimlərin sertifikatlaşdırma ballarının göstərilməsi məsələsi müzakirə olunur.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

“Bir məsələ də odur ki, bütün müəllimlər sertifikatlaşdırmaya cəlb olunmayıb. İmtahana qatılan müəllimlərin balları isə sistemdə görünə bilər. Buna görə də sertifikatlaşdırma prosesi tamamlanıb bütün müəllimlər cəlb olunandan sonra onların ballarının sistemdə görünməsi mümkün olacaq", - N.İsmayılbəyli bildirib (Trend).