Bugünkü imtahanda maksimal bal TOPLADI

Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı bu gün keçirilən sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərərək 60 bal toplayıb.
Bu barədə Redaktor.az-a Qarabağ Regional Təhsil idarəsindən bildirilib.
"Müəllimimizi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!", - idarənin təbrikində deyilir.
Turan İSMAYIL