Coğrafiya müəllimi sertifikasiyada maksimum bal TOPLADI

Bu gün keçirilən sertifikatlaşdırma prosesində daha bir müəllim maksimum nəticə göstərib.
Redaktor.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Masallı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Azad Mustafayev imtahandan 60 bal toplayıb.
"Azad Mustafayevi ürəkdən təbrik edir, ona pedaqoji fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq", - məktəbin paylaşımında deyilir.
Turan İSMAYIL