Vətən müharibəsi iştirakçısı 60 bal topladı - FOTO

 14:48 19.06.2025     1542

Bu gün keçirilən sertifikatlaşdırma prosesində daha bir müəllim maksimum nəticə göstərib.

Redaktor.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Cəlilabad şəhəri Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Rəvan İmanov imtahandan 60 bal toplayıb. 

Qeyd edək ki, Rəvan İmanov həm də Vətən müharibəsi iştirakçısıdır. O, bu xidmətlərinə görə, ölkə başçısı tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vasif ƏLİHÜSEYN 

 

2222