Bu müəllimlər də imtahandan yüksək bal TOPLADI

 15:14 19.06.2025     697

18 iyun tarixində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində maksimum nəticə olan 60 baldan 57 bal toplayan müəllimlər sırasında Naxçıvan Dövlət Universitetinin (NDU) məzunları var.

Redaktor.az xəbər verir ki, onlardan biri Turan Hüseynova universitetin Riyaziyyat informatika müəllimliyi ixtisası üzrə 2017-2021-ci il məzunu sırasında olub. Aysun Cəfərova isə həmin tarixlərin İngilis dili ixtisası üzrə məzunlarından biri olub və eyni zamanda NDU-da 2021-2023-cü illərdə magistratura səviyyəsi üzrə təhsil alıb.

Qeyd edək ki, Aysun Cəfərova hazırda Sədərək Rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi və Turan Hüseynova isə Babək Rayon Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimidir.

"Naxçıvan Dövlət Universitetinin məzunları olan müəllimləri təbrik edirik, fəaliyyətlərində uğurlar arzulayırıq", - NDU-nun paylaşımında deyilir.

Turan İSMAYIL