"Bəzi suallar bir qədər düşündürücü idi" - Kənd məktəbinin maksimum bal toplayan müəllimi

 15:55 19.06.2025     1062

Salyan rayonu Rəfael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Həmidə Əliyeva maksimum nəticə göstərən təhsilverənlərdən biri olub. 

Redaktor.az-ın məlumatına görə, Həmidə müəllim təəssüratlarını  "Azərbaycan müəllimi" ilə paylaşıb:

"Ərəbqardaşbəyli kənd tam orta məktəbində 6 ildir ki, coğrafiya müəllimi işləyirəm. Sertifikatlaşdırma imtahanına davamlı olaraq öz üzərimdə işləməklə hazırlaşırdım. İmtahan yüksək səviyyədə təşkil olunmuşdu və şəffaf keçirildi. Suallar proqramı tam əhatə edirdi, bəzi suallar bir qədər düşündürücü idi. 

İmtahan verəcək müəllimlərə demək istəyirəm ki, həyəcanlanmasınlar və uğur qazanmaq üçün əzmlə çalışsınlar. Sertifikatlaşdırma biz müəllimləri öz üzərimizdə daha çox və ciddi şəkildə işləməyə sövq edir".