Yüksək bal toplayan müəllimlər direktor seçilə bilərlər - RƏSMİ

 16:03 19.06.2025     1038

"Sertifikatlaşdırma təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlmiş prosesdir".

Redaktor.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır:

"Sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodik xidmətə cəlb olunacaqlar".