Daşkəsənli coğrafiya müəllimi yüksək bal TOPLADI

 17:54 19.06.2025     572

Müəllimlərin sertifikatlaşması prosesində coğrafiya müəllimi Səbinə Rafayıl qızı Mustafayeva 57 bal toplayıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun çalışdığı Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin açıqlamasında deyilir.

"Kollektivimiz adından müəllimimiz təbrik edir uğurlar arzulayırıq", - məktəbdən bildirilib.

Qeyd edək ki, sertifikasiya imtahanında ən yüksək nəticə 60 baldır.

Turan İSMAYIL