Məktəblilərarası fənn müsabiqələrinin nəticələri AÇIQLANDI

31 may 2025-ci il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin yekun nəticələri elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Final mərhələsinin nəticələri artıq https://rfm-2024-2025-final.onrender.com/ platformasında yerləşdirilib. Şagirdlər UTİS kodu və FİN kodu vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq aşağıdakı məlumatlarla tanış ola bilərlər:
- Topladıqları ballar
- Qalib olub-olmamaları
- Müraciətlərinə verilmiş cavablar
Qeyd edək ki, sözügedən müsabiqə VI və VII sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşlarda aşkar olunması, onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək göstərilməsidir.
Final mərhələsində hər bir fənn üzrə ən yüksək nəticə göstərmiş 42 nəfər və 42-ci yer ilə eyni bal toplamış digər şagirdlər qalib hesab olunublar.
Qaliblərin siyahısı ilə müvafiq keçiddən istifadə edərək tanış olmaq mümkündür: