"Bəzi ixtisaslarda 3-4 bal enmə müşahidə oluna bilər" - Təhsil eksperti

 18:15 20.06.2025     3876

Bir müddət sonra təhsilin magistratura pilləsi üzrə ali təhsil müəssisələrinə qəbul başlanacaq.

Bəs bu il ballar necə dəyişəcək?

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, magistratura istiqaməti üzrə çoxsaylı bakalavr müraciəti qeydə alınıb.

"24-25 minə yaxın bakalavr həm birinci, həm ikinci cəhd imtahanlarında iştirak edib. 5-6 min nəfər isə müsabiqə şərtini ödəməyib. Bu il magistratura istiqamətində plan yerlərində artım var. Belə olduqda müəyyən ballarda enmə müşahidə olunacaq. Prestijli ixtisaslarda nəticələrdən asılı olaraq bir-iki bal artım ola bilər. Bəzi ixtisaslarda isə 3-4 bal enmə müşahidə oluna bilər. Ümumilikdə, plan yerinin artımına görə daha çox bakalavr magistraturaya qəbul edə biləcəyik", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI