Gənc ailə sertifikasiyada yüksək bal TOPLADI

 16:00 21.06.2025     362

Naxçıvanda keçirilən sertifikatlaşdırma prosesində Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin müəllimləri olan Novruz Hüseynov coğrafiya fənnindən 55, onun həyat yoldaşı Raidə Hüseyinli isə ingilis dili fənnindən 52 bal toplayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

"Müəllimlərimizi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!", - deyə nazirlik qeyd edib.

Turan İSMAYIL

2