Biologiya müəllimi imtahandan 60 bal TOPLADI

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesində maksimum nəticə göstərərək 60 bal toplayıb!
Redaktor.az xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
"Peşəkarlığı və əzmi ilə fərqlənən müəllimimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!", - idarədən bildirilib.
Turan İSMAYIL