Daha bir müəllim sertifikasiyadan 60 bal TOPLADI

 15:03 24.06.2025     1562

Müəllimlərin bugünkü sertifikatlaşdırma imtahanında daha bir müəllim yüksək nəticə əldə edib.

Redaktor.az Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadla xəbər verir ki, Şəmkir şəhəri Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Samirə Eldar qızı Məsimova sertfikasiya imrahanından 60 bal toplayıb.

Qeyd edək ki, Gəncə şəhər 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva da maksimum nəticə göstərərək 60 bal toplayıb.

Turan İSMAYIL