Məktəbli formaları dəyişdiriləcək? - Nazir AÇIQLADI

 15:32 24.06.2025     647

“Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil”.

Redaktor.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, müvafiq qaydalarla tənzimlənən nümunəvi məktəbli formaları mövcuddur.

“Bu qaydaların dəyişdirilməsi gündəmdə deyil. Ayrı-ayrı məktəblər bu formaları öz təşəbbüsləri ilə müəyyən qədər dəyişmək hüququna malikdirlər. Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər. Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”, - deyə nazir bildirib.