Goranboyda məktəb müəllimi sertifikasiyadan yüksək bal TOPLADI

Kəlbəcər rayon 100 nömrəli tam orta məktəbin kimya-biologiya müəllimi Zeynəb Mirbaba qızı Bağırlı bu gün keçirilən sertifikasiya imtahanından 57 bal toplayaraq uğur qazanıb.
Bu barədə Redaktor.az-a məktəbdən məlumat verilib.
Qeyd edək ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayon 100 nömrəli tam orta məktəbi hazırda Goranboy rayonunun Meşəli kəndində fəaliyyət göstərir.
Turan İSMAYIL