Fizika müəllimi imtahandan 60 bal TOPLADI

 12:58 25.06.2025     910

Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin fizika müəllimi Əliyeva Ruhiyyə Rövşən qızı 25 iyun tarixində keçirilən təhsilverənlərin sertifikasiyası prosesində fizika fənnindən 60 bal nəticə göstərib.

Redaktor.az xəbər verir ki, bu barədə Mil - Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.

"Müəllimimizi bu uğuru münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!", - deyə idarənin açıqlamasında qeyd olunub.

Turan İSMAYIL

2