Goranboyda ən yüksək balı bu müəllim TOPLADI

 16:03 25.06.2025     1526

İyunun 24-də dövlət ümumi təhsil müəssisələrinin sertifikatlaşdırma prosesində iştirak edən Goranboy şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Hüsniyyə Akif qızı Cəlilova ən yüksək nəticə göstərərək 59 bal toplayıb. 

Bu barədə Redaktor.az-a məktəbdən məlumat verilib.

"Məktəbimizin adından peşəkarlığı və əzmi ilə fərqlənən müəllimimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq! Sizinlə fəxr edirik dəyərli müəllimimiz", - deyə 1 nömrəli məktəbin təbrikində qeyd olunub.

Əldə etdiyimiz məlumata görə, Hüsniyyə Cəlilova Goranboy rayonunda 59 bal toplayan ilk müəllimdir. 

Xatırladaq ki, sertifikasiya imtahanlarında ən yüksək nəticə 60 baldır. 

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən