“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat UZADILIR

 18:15 25.06.2025     63

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti iyulun 10-u tarixinədək uzadılır.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.

Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.