Kənd məktəbinin müəllimi sertifikasiyadan 60 bal TOPLADI

Kəlbəcər rayonu 49 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Alsu Mikayılova iyunun 25-də keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maksimum nəticə göstərərək 60 bal toplayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
"Əzmkarlığı, biliyi və fədakarlığı ilə nümunə olan müəllimimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!", - deyə idarənin təbrikində deyilir.
Qeyd edək ki, Kəlbəcər rayonu 49 saylı məktəb Yevlax rayonu Malbinəsi kəndində yerləşir.
Turan İSMAYIL