"Vumart Gross"da üzvlük kartı ilə hər zaman endirimli qiymətlərlə alış-veriş imkanı!

 22:19 29.06.2025     4816

Ailə büdcəsinə qənaət etmək istəyən hər kəs üçün əla xəbərimiz var! Həm topdan, həm də pərakəndə satış həyata keçirən "Vumart Gross" mağazası, indi bütün müştərilərinə üzvlük kartı təqdim edir.

Bu kart sayəsində siz alış-veriş zamanı bütün məhsulları həmişə endirimli qiymətlərlə əldə edə bilərsiniz! Üzvlük kartını əldə etmək çox asandır – sadəcə mağazada qısa bir qeydiyyat prosesi ilə ad, soyad, doğum tarixi və əlaqə nömrənizi təqdim etməyiniz kifayətdir.

Qeydiyyat tamamlandıqdan dərhal sonra kartınız aktivləşir və 1 il müddətində bütün alış-verişlərdə artıq siz də "Vumart Gross"un daimi topdan qiymətlərindən yararlanan üzvlərindən biri olursunuz.

Əlavə olaraq mağazamızda qida və qeyri qida məhsullarını geniş çeşiddə əldə etmək imkanınız var. "Vumart Gross"da alış-veriş etməklə siz keyfiyyətli məhsulları əldə etməklə yanaşı, ailə büdcənizə ciddi qənaət etmiş olacaqsınız.

Mağazamızın yerləşdiyi ünvanda (Bakı şəhər, Nərimanov rayonu, Dərnəgül şossesi, 2082 məhəllə) sizin rahat alış-veriş etməyiniz üçün avto dayanacaq da mövcuddur. Mağazamız həftənin hər günü saat 08:00-dan 21:00-a qədər fəaliyyətdədir.

Ən əsası isə üzvlük kartı tamamilə pulsuzdur və mağazadan 50 manat civarında alış-veriş edən hər müştəriyə təqdim olunur! Qənaətin ünvanı – "Vumart Gross"!