Sertifikasiya imtahanında uğur qazanan Goranboy müəllimləri - FOTO

 19:44 26.06.2025     1147

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2024-2025 ci tədris ilində  ölkə üzrə biologiya, fizika, kimya, coğrafiya və informatika fənləri üzrə çalışan müəllimlərin sertifikasiya qiymətləndirmə imtahanı uğurla təşkil olunub. Bu imtahan təhsildə keyfiyyətin yüksəldilməsi, müəllimlərin bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsi məqsədilə həyata keçirilmiş mühüm bir mərhələdir.

Sertifikasiya prosesində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektoruna daxil olan Goranboy rayonu Asif Məmmədov adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi də öz layiqli təmsilçiləri ilə iştirak edib.

Bu mərhələdə məktəbin iki dəyərli müəllimi uğurlu nəticələri ilə seçilib:

1. Biologiya fənni müəllimi – Qocayeva Şəhla Göyüş qızı – 54 bal
2. Fizika fənni müəllimi – Adıgözəlova Lalə Mehman qızı – 54 bal

Hər iki müəllim göstərdikləri nəticə ilə bir daha sübut etdilər ki, bu gün Azərbaycan təhsilində çalışan və öz peşəsinə sevgi ilə yanaşan müəllimlər cəmiyyətin inkişafına və gələcək nəslin formalaşmasına ən böyük töhfəni verən fədakar insanlardır.

Qürurverici məqamlardan biri də odur ki, Şəhla müəllim və Lalə müəllim məhz bu məktəbin məzunları olmuş, uzun illərdir eyni məktəbdə pedaqoji fəaliyyət göstərərək yüzlərlə şagirdə bilik verib, onları cəmiyyət üçün faydalı vətəndaşlar kimi yetişdiriblər. Onların öz doğma məktəblərində çalışmaları və bu məktəbdə qazandıqları uğurlar gələcək nəsil müəllimlərə gözəl bir nümunə və ruhlandırıcı örnəkdir.

Qeyd edək ki, bu müəllimlər əvvəlki illərdə keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarında da yüksək nəticələr göstərib, daim elmi-pedaqoji fəaliyyətlərində mütəmadi inkişaf və öz üzərində çalışma ilə fərqləniblər.

Əziz müəllimlər – Şəhla Göyüş qızı Qocayeva və Lalə Mehman qızı Adıgözəlova, sizi bu uğurlarınız münasibətilə səmimi qəlbdən təbrik edir, sizə gələcək fəaliyyətinizdə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, daim artan uğurlar arzulayırıq. Əminik ki, bu nəticələr sizin peşəkar və məsuliyyətli yanaşmanızın, əzmli əməyinizin və fədakar fəaliyyətinizin bariz nümunəsidir.

Sizlərə minnətdarıq! Uğur yolunuz daim açıq olsun! Sizin kimi müəllimlər Azərbaycan təhsilinin ümid yeri və qürur mənbəyidir!

G.ƏLİYEVA