“Təhsili bazara çevirənlər bu sistemdən uzaqlaşdırılmalıdır” - Elşən Qafarov

 16:29 27.06.2025     331

"Baş verənlər bir daha sübut edir ki, Emin Əmrullayev  başda olmaqla hal-hazırda təhsili idarə edənlər ölkə  təhsilini xaosa sürükləyə bildilər".

Redaktor.az xəbər verir ki, bu fikri təhsil eksperti Elşən Qafarov özünün feysbuk hesabında yazıb.

"Bir daha təklif edirik Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sistemində olan imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir. Təhsil sisteminə bazar gözü ilə  yanaşan və təhsili bazara çevirənlər bu sistemdən uzaqlaşdırılmalıdır. 
Emin Əmrullayev öz "missiyasını" yerinə yetirib artıq, çox təəsüf", - deyə o bildirib.

Aytəkin TOFİQQIZI