MİQ imtahanlarının tarixi açıqlandı - SİYAHI

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 3, 4, 8-10 iyul tarixlərində ölkənin 19 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.
